Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkəmizdə
bu günə gözlənilən hava proqnozunu açıqlayıb.
Nazirlikdən XəzərXəbər-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava
dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi
arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24° isti, gündüz
31-36° isti olacağı gözlənilir.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz
suyunun temperaturu 23-24° isti təşkil edəcək. Cənub çimərliklərində
(Türkan, Hövsan, Sahil, Şıx) isə arabir güclənən şimal-qərb küləyi
əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava
yağmursuz keçəcək, lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 33-38° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava
əsasən yağmursuz olacaq, lakin səhər və axşam bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb
küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə
11-16° isti, gündüz 20-25° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava
yağmursuz keçəcək, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 32-37° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava
əsasən yağmursuz olacaq. Lakin səhər və axşam əsasən dağlıq ərazilərdə
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz
18-23° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava
yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava
yağmursuz keçəcək, şimal-şərq küləyi gündüz arabir güclənəcək. Havanın
temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17°
isti, gündüz 25-30° isti təşkil edəcək.