Xəzər Xəbər

Bakıda bu avtobuslar pulsuz oldu

Cəmiyyət | 16:22 • 5 İyun 2018
Bakıda bu avtobuslar pulsuz oldu
"BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir.


MMC-dən XəzərXəbər-ə  verilən məlumata görə, vətəndaşlar 5-6 iyun tarixlərində saat 7:00-dan 15:50-dək, 7 iyun tarixində saat 8:00-dan 15:50-dək, 8-9 iyun tarixlərində isə saat 15:00-dan 00:40-dək "BakuBus” avtobuslarından istifadə edə bilərlər.


Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edən "BakuBus” avtobuslarından istifadə pulsuzdur.

Xəbər lenti