Xəzər Xəbər

Hövsanda evlər nə vaxt söküləcək? – Dövlət qurumu açıqladı

Cəmiyyət | 18:10 • 23 May 2018
Hövsanda evlər nə vaxt söküləcək?

Artıq 2 ilə yaxındır ki, Hövsan qəsəbəsində yeni yolun çəkilişi ilə bağlı ətrafda yerləşən evlərin söküləcəyi haqqında iddialar səslənir. Xüsusilə də, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsinin sakinləri bu mənada narahatçılıq keçirirlər. Hətta sakinlər bir müddət öncə onların qeydiyyata alındığını da deyirlər.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli layihədə hansısa evin sökülməsinin nəzərdə tutulmadığını deyib:

"Hövsan yolunun tikintisi ilə bağlı layihədə evlərin sökülməsi nəzərdə tutulmayıb. Hövsan yolunun tikintisi başa çatdıqdan sonra həmin yolun Türkan qəsəbəsinə qədər uzadılması nəzərdə tutulur. O, zaman ola bilər ki, hansısa evlər plana düşsün. Ancaq hələlik bu haqda konkret qərar yoxdur”.

Anar Nəcəfli əlavə edib ki, bu məsələ hələ heç müzakirə mövzusu belə deyil.

Qeyd edək ki, Hövsan yolunun tikintisi "Azəryolservis” ASC-nin balansındadır və daxili vəsait hesabına icra olunur.

Xəbər lenti