Xəzər Xəbər

Sürücülərin diqqətinə: Bu yol 2 gün bağlı olacaq

Cəmiyyət | 17:52 • 25 Aprel 2018
Sürücülərin diqqətinə:
Aparılan təmir işləri ilə əlaqədar olaraq sabah gecə saatlarında Bakının Heydər Əliyev prospektinin "Böyük Şor” yol qovşağının alt hissəsində (şəhər mərkəzi istiqaməti üzrə) hərəkət qısa müddətə məhdudlaşdırılacaq.


XəzərXəbər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət 2 gün ərzində qüvvədə olacaq.

Sürücülər bu müddət ərzində alternativ olaraq Olimpiya stadionu ətrafında yerləşən yollardan istifadə etməklə istər Ziya Bünyadov, istərsə də Heydər Əliyev prospektlərinə rahat şəkildə çıxaraq yollarına davam edə bilərlər. Həmçinin Qara Qarayev prospektinə doğru olan yol da hərəkətə açıq olacaq.

Xəbər lenti

Çox oxunanlar