Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Günün ikinci yarısında hava
əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci
yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 5-7° isti, gündüz
9-13° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Yağıntı axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gecə və
səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz
11-16° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yağıntının bəzi
yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman
olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz
3-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə
intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°
isti, gündüz 12-15° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər
saatlarında duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir
güclənəcək.
Havanın temperaturunun gecə 1-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gecə və səhər
arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 11-16°
isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı
ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Səhər dağlarda duman
olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-8° isti, gündüz 13-17° isti, dağlarda gecə
0-3° isti, gündüz 3-6° isti olacağı gözlənilir.