Bakıda və Abşeron
yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı,
gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi
yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-19, Bakıda
gecə 8-10, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi
rütubət 65-75 faiz təşkil edəcək.
Martın 21-də hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz
güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 12-17, Bakıda
gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi
rütubət 70-80 faiz təşkil edəcək.
Martın 22-də hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda
gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi
762 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 20-də hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı
gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu
gecə 5-10, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti
olacaq.
Martın 21-də hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi yerlərdə
şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu
düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək,
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9,
gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.
Martın 22-də hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı
gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz
12-17 dərəcə isti olacaq. ETSN xəbərdarlıq edir ki, martın 21-24-də bəzi
rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir.