Xəzər Xəbər

Sumqayıt, Gəncə və Abşeronda 8000-dən çox uşaq I sinfə qəbul edilib

Cəmiyyət | 12:00 • 12 Mart 2018
Sumqayıt, Gəncə və Abşeronda 8000-dən çox uşaq I sinfə qəbul edilib

Sumqayıt, Gəncə şəhərləri və Abşeronda rayonunda məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan xezerxeber.az-a verilən məlumata görə, bu, həmin şəhərlər və rayon üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir.

Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim də avtomatik seçilib.

Qeyd edək ki, bu gündən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı 12 martdan 15 sentyabradək davam edəcək.

Xəbər lenti