Bu gün Bakıda və Abşeron
yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin
olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron
yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək,
nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın
rayonlarında ayrı-ayrı yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar
yağacağı, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında əksər
rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın
temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8
dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı
gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 20-də Abşeron
yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir
qədər enməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort
hissi yarada bilər.
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.