XəzərXəbər xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, qarın yağması bölgələrdə müşahid olunur: "Amma paytaxtda yaxın günlərdə qar yağması gözlənilmir. Bəzi yerlərdə yağıntılı hava şəraiti müşhidə olunur. Günün ikinci yarsında arabir sulu qara keçə ehtimalı var. Yanvarın 17-də günorta saatlarında hava açıqlacaq və yağmursuz hava şəraiti müşahidə olunacaq”.
Gülşad Məmmədova qeyd edib ki, Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu respublika ərazisində hava şəraiti ilə bağlı verdiyi proqnozlar özünü doğruldur:
"Bölgələrdə də qarın yağması var və qar örtüyü əmələ gəlib. Hazırda Bakıda havanın temperaturu günün normasından 2 dəfə aşağıdır”.
Proqnozlar Bürosunun rəsmisi Birləşmiş Ərəb Əmirliyinə qarın yağmasını isə iqlim dəyişikliyinin səbəb olduğunu qeyd edib.