Xəzər Xəbər

Sonsuzluğun müalicəsi həkim sirri sayılacaq

Cəmiyyət | 18:09 • 19 Dekabr 2017
Sonsuzluğun müalicəsi həkim sirri sayılacaq

Sonsuzluğun müalicəsi üçün müraciət faktı həkim sirrini təşkil edəcək.

XəzərXəbər Modern.az-a istinadən xəbər verir ki, bu barədə yeni hazırlanan "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib.

Yeni hazırlanan qanun layihəsində bildirilir ki, köməkçi reproduktiv texnologiyaları tətbiq etməklə sonsuzluğun müalicəsi üçün tibbi yardım məqsədi ilə müraciət faktı, ekstrakorporalmayalanmanın aparılması və embrionun köçürülməsi haqqında məlumatlar da həkim sirrini təşkil edir.

Qanun layihəsi Milli Məclisin payız sessiyasının işlər planına daxil edilib.

Xəbər lenti