Xəzər Xəbər

1 manatlıq əsginaslar dəmir pullarla əvəz oluna bilər

Cəmiyyət | 12:59 • 23 Noyabr 2017
1 manatlıq əsginaslar dəmir pullarla

Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan 1 manatlıq əsginasların dəmir pullarla (sikkə) əvəz olunması haqqında düşünür.

XəzərXəbər xəbər verir ki, bunu "Report"a açıqlamasında AMB-nin sədr müavini Alim Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, bu, digər nominallı əsginaslara şamil edilməyəcək: "Hələlik bu barədə müzakirələr gedir. Amma konkredt tarix bəlli deyil".

Xəbər lenti