Qoç - həll etməli olduğunuz məsələlər
sizə maraqlı gəlir və böyük entuziazmla işə girişirsiniz. Vaxtınızı
boşa vermir və buna görə də çox şeyə nail olursunuz. Yaradıcı münasibət,
qeyri-standart yanaşma tələb edən yeni layihələrə başlamaq olar.
Bu gün başqalarının indiyədək bilmədikləri xüsusiyyətləriniz üzə
çıxacaq. Çoxlarını təəccübləndirəcəksiniz. İctimai və siyasi işlərə
marağınız artır, müvafiq tədbirlərdə iştirak edə bilərsiniz. Enerjiniz
çoxdur, yorğunluq hiss etməyəcəksiniz.
Buğa - məhsuldar və maraqlı gündür. İşləriniz çox olmasa da, yorulmaq
bilmirsiniz, planlaşdırdığınız hər işi görüb qurtara bilərsiniz. Yeni
ideyalarınızı reallaşdırmağı bir qədər sonraya saxlayın, daha yaxşı
məqamı gözləyin. Tezliklə çox nüfuzlu bir adam sizə öz dəstəyini təklif
edəcək.
Başqalarının işlərinə qarışmaq həvəsiniz güclüdür. Nəzakət qaydalarını
aşmayın, sizin üçün çox dəyərli bir insanın qəlbini qıra bilərsiniz. Pul
ala bilərsiniz, elə də böyük məbləğdə olmasa da, əlinizdən tutacaq.
Əkizlər - yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana
bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir
və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin
dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün
gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə
hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli
hədiyyə ala bilərsiniz.
Xərçəng - layihələrinizin uğurlu olacağına şübhə etməyin - bu gün
uğur sizindir. Şərait ən pis məcrada dəyişsə də, hətta tərəfdaşlarınız
da sizə dəstək verməkdən imtina etsələr də, öz istədiyinizə
çatacaqsınız.
Güzəştə getməyə hazırlığınız sayəsində yaxınlarınızla yaxşı
münasibətləri qoruyub saxlaya, boş şeylər üstündə mübahisələrdən qaça
biləcəksiniz. Günorta özünüz üçün vaxt ayırın, müsbət emosiyalar almağa
çalışın. Axşam başağrısı və yuxusuzluqdan əziyyət çəkə bilərsiniz.
Spirtli içkilərdən uzaq durun.
Şir - sakit və mehriban ünsiyyət günüdür. Sərt məsələləri, fikir
ayrılıqları yarada biləcək mövzuları müzakirə etməməyə çalışın. Bu gün
öhdənizə sülhyaratma missiyası düşür, başqalarının həyatını asan və xoş
etməlisiniz.
İşdə ciddi nailiyyət əldə etməyiniz şübhə doğurur, ancaq buna rəğmən
tezliklə sizə karyera pillələlərilə qalxmağa kömək edəcək bir insanın
dəstəyini qazanacaqsınız. Yaxınlarınızla dil tapmaq asandır. Sevgiliniz
də bu gün sözünüzü dinləyir. Axşamı evdə keçirməməyə çalışın.
Qız - qətiyyətli və məqsədyönlüsünüz. Bu yaxşıdır. Çünki qarşınıza
qoyduğunuz məqsədlərə çatmaq elə də asan deyil. Kimsə sizin mənəvi
tarazlığınızı pozmaq, adamların içində əsib-coşmağınız üçün əlindən
gələni edəcək. Heç olmasa, üzdən özünüzü sakit göstərməyə çalışın, əks
halda nüfuzunuz yerlə bir olacaq.
Qadınlarla dil tapmaq bu gün daha asandır, nəinki kişilərlə. Ancaq bəzən
xanımlar da sizinlə xoş olmayan zarafat etməyə çalışırlar. Belə bir
şəraitdə yaxın adamınızın dəstəyi lap yerinə düşər.
Tərəzi - əlinizi atdığınız hər bir işdə uğur qazanırsınız. Məsələləri
düzgün qoymaq bacarığı çox faydalı olacaq - bunları yerinə yetirmək
istəyənlər özlərini çox gözlətmirlər. Yeni tanışlarınızda yaxşı
təəssürat oyadırsınız, amma çalışın ki, bunu qoruyub saxlaya biləsiniz.
Ağlınıza maraqlı ideyalar, yeni uzunmüddətli planlar gəlir.
Maliyyə işlərində səliqəli olmağınız şərtdir. Ödənilməmiş hesab,
borcunuz varsa, dərhal ödəməyə tələsin. İşdə yeni vəzifələriniz peyda
ola bilər, ofisdə istədiyinizdən artıq vaxt keçirməli olacaqsınız.
Əqrəb - kölgədə qalmağa can atmayın: bu gün nə qədər çox diqqət cəlb
etsəniz, bir o qədər yaxşıdır (özü də tək sizin üçün deyil). Nüfuzlu
şəxslərlə danışıqlar aparmaq, investor və ya hami axtarmaq olar. Yeni
başlanan işgüzar əlaqələr, sizin istəyiniz olarsa, dostluğa, yaxud
sevgiyə çevrilə bilər.
Pul ala bilərsiniz, bu, mükafat, yaxud həvəsləndirmə ola bilər. Pulları
sərf etməyə tələsməyin: tezliklə vacib bir layihəni gerçəkləşdirmək üçün
pula ehtiyacınız olacaq.
Oxatan - yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin
həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza
gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı
keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət
macərasının başlanması mümkündür.
Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini
dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik
xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.
Oğlaq - bu gün öz işlərinizi bir kənara qoyub, başqalarının
maraqlarını müdafiə edəcək, ətrafınızdakıları sevindirəcəksiniz. Kimsə
sizin xeyirxahlığınızdan sui-istifadə etməyə çalışmayacaq, odur ki,
insanlara yardım etmək həvəsinizi boğmayın. Peşəkar əlaqələrinizi
möhkəmlətmək zamanıdır. Çoxdankı iş ortaqlarınızla görüşə bilərsiniz,
güman ki, onlar sizə maraqlı təkliflər edəcəklər.
Bu gün bilik ehtiyatlarınızı genişləndirin, elmi ədəbiyyat oxuyun. Bir
qədər yüngül əyləncələrə də baş vurmaq olar, dostlarınızın əhatəsində
gözəl vaxt keçirə bilərsiniz.
Dolça - qeyri-dəqiqliklər, qarışıqlıq sizi özünüzdən çıxarır, bütün
suallarınıza cavab tapmaq istəyirsiniz. Bu gün bu mümkündür, ancaq
diqqətli olun: aldığınız məlumat hərəkət planı üçün əsas ola bilməz. Hər
şeyi götür-qoy etmədən heç bir addım atmayın.
Həm fiziki, həm də zehni güc tələb edən işləriniz çox olacaq. Yaxşı
formadasınız, ancaq ehtiyat barədə unutmayın. Axşam mütləq sakit
istirahət üçün vaxt tapın: kitab oxuyun, klassik musiqi dinləyin.
Balıqlar - işgüzar ünsiyyət, vacib məsələlərin müzakirəsi üçün əlverişli
gündür. Mürəkkəb danışıqlarda özünüzü əsl diplomat kimi hiss
edəcəksiniz: aqressivlik, sərtlik göstərmədən istəyinizə çata
bilərsiniz.
Maliyyə baxımından uğurlu gündür, sövdələr uğurlu olacaq, yatırımlar
gəlir gətirəcək. Sevgidə bəxtiniz elə də gətirmir, sevgililər arasında
xırda incikliklər yarana bilər. Bu gün başlanan romantik münasibətlər
ciddi olmayacaq.
Milli.Az