Xəzər Xəbər

Övladınızın ad günü üçün aldığınız şarlar FACİƏYƏ səbəb ola bilər: EHTİYATLI OLUN! FOTO

Cəmiyyət | 11:35 • 16 Oktyabr 2017
Övladınızın ad günü üçün aldığınız şarlar FACİƏYƏ səbəb ola bilər:
Rusiyanın Polısayeva şəhərinin sakini İrina kiçik qızı üçün ad günü şənliyi keçirmək istəyib, ancaq bayram məraisimi əsl dəhşətə çevrilib. Belə ki, qadının sifariş elədiyi 30 hava şarı uşaq otağında partlayıb.

Məlumata görə, kuryer bir gün əvvəl şarları mənzilə gətirib. Ana isə məktəbdən əvvəl uşağını təbrik eləmək istəyib. Səhəri gün, o sübh tezdən əlində şarlar və tort ilə uşaq otağına girir. Və bu zaman partlayışlar baş verib.

«Partlayış çox möhkəm idi. Mən yanıq xəsarətləri aldım. Şükür ki, partlayış dalğası mənə tərəf olub, qızım bu vaxt odeyalın altında idi və bu da onu xilas etdi.», - deyə xanım bildirir. Onun sözlərinə görə, partlayışın səsindən divar və tavanda uçuqlar olub, plastik pəncərə yerindən ayrılıb.

Qadın ikinci dərəcəli yanıq xəsarəti alıb.

Hadisə ilə bağlı istintaqa başlanılıb./faktxəbər

Xəbər lenti