Bu gün Azərbaycanda müəllimlər öz peşə bayramlarını qeyd edirlər.
XəzərXəbər xəbər verir ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək
Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin
peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu
haqqında"adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin
də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd
olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna
diqqət çəkməyi nəzərdə tutub.
Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd
olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli
səviyyədə "Müəllimlər günü" qeyd edilir.
Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi
Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr,
Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər
günü qeyd olunur.
Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
Azərbaycan müəllimlərini təbrik edirik!