Xəzər Xəbər

Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunda işlər sürətlənir

Cəmiyyət | 18:12 • 22 Avqust 2017
Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunda işlər sürətlənir

Dövlət İnvestisiya Proqramına əsasən Suraxanı rayonunda Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən yolda yenidənqurma işləri aparılır.

Suraxanı rayon icra hakimiyyətindən  XəzərXəbər-ə bildiriblər ki, 12 kilometr uzunluğunda olan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 3 kilometrlik hissəsində "Azəravtoyol” ASC-nin gördüyü işlər getdikcə sürətlənir.

Bundan başqa Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometr uzunluğunda olan Zığ-Hövsan avtomobil yolu yenidən qurulur və Zığ dairəsi-Beynəlxalq Hava Limanı avtomobil yolundan Zığ qəsəbəsinə çıxış üçün qovşaq düzəldilir.

Xəbər lenti