Xəzər Xəbər

Azərbaycanda 164 qida zəhərlənməsi baş verib - 3 nəfər ölüb

Cəmiyyət | 12:07 • 21 İyun 2017
Azərbaycanda 164 qida zəhərlənməsi baş verib -

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 164 qida zəhərlənməsi baş verib ki, nəticədə 254 nəfər zərər çəkib, 3 nəfər ölüb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, yanvar-may ayları ərzində 10 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zəhərlənib.

Təkcə bu ilin may ayı ərzində 22 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 34 nəfər zərər çəkib.

Xəbər lenti