Hazırki dövrdə insanların ən çox şikayət etdiyi problemlərdən biri də mədə və onikibarmaq bağırsaq xorasıdır. Öncəliklə, onu qeyd edək ki, xora xəstəliyi müxtəlif səbəblərdən yaranır. Xəstəliyin yaranmasında əsas səbəb sinir sistemi fəaliyyətinin pozulmasıdır. Psixi travma, beyin travması və həddən əsəbi olmaq xora yaranması üçün uyğun şəraiti hazırlayır. Həmçinin, qida rejiminin pozulması, siqaret çəkmək, spirtli içkilər qəbul etmək də xora xəstəliyinin əmələ gəlməsinin əsas səbəbləri arasındadır.
XəzərXəbər Türkiyə mətbuatına istinadən xora xəstəliyinin yaranma riskini artıran qidaların siyahısını təqdim edir:
İrsi meyllilik
Qan qrupunun 0(I) olması
Tez-tez baş verən və uzun müddət davam edən stess
Sadə gigiyena qaydalarına riayət etməmək
Xora adətən hər iki orqanda birdən, bəzən də mədədə ayrı, ya da
onikibarmaq bağırsaqda müşahidə olunur.
Əgər yeməkdən bir saat sonra bədənin sol tərəfində qabırğanın
altındakı nahiyədə şiddətli ağrı hiss edirsinizsə, həmçinin gəyirmə
və qusma varsa, deməli sizdə xora var. Bu xəstəlik ac olduqda
mədədə ağrı ilə müşahidə olunur. Yeməkdən 2-3 saat sonra ağrı
kəskinləşir, xüsusilə gecələr ağrı dözülməz olur. Yemək qəbul
etdikdə isə ağrı kəsilir. Xəstəlik ağırlaşdıqda qanaxma baş verə
bilər. Bu zaman mədənin xora yerləşən divarı deşilir və xora yeri
çapıqlaşır, nəticədə mədədən onikibarmağa gedən yol daralır. Bu da
xəstədə həzm prosesinin çətinləşməsi ilə nəticələnir.
Bu xəstəlik adətən ilin iki fəslində - yazda və payızda özünü
daha kəskin surətdə büruzə verir. Ona görə də belə xəstələr,
xüsusən yaz və payız fəsillərində daha ciddi müalicə-profilaktik
tədbirlərə əməl etməlidirlər.
Mədə və onikibarmaq xorası xəstəliyindən əziyyət çəkən xəstələr
qida məhsullarını əvvəlcə xırdalamalı, sonra isə ancaq suda və ya
buxarda bişirib yeməlidirlər. Qovrulmuş, qızardılmış yeməklər yemək
qəti qadağan edilir. Xörəyi çox soyuq və ya çox isti yemək olmaz.
3-4 saatdan bir az-az qida qəbul etməlidirlər.
Xora xəstəliyindən əziyyət çəkən xəstələr un məmulatlarından, şəkərli qidalardan, konservləşdirilmiş yeməklərdən, kolbasa sosiska kimi hazır qidalardan, həmçinin, duza qoyulmuş tərəvəzlərdən, müxtəlif şirniyyatlardan, soyuq, qazlı, spirtli içkilərdən uzaq durmalıdırlar./publika.az