Xəzər Xəbər

Sürücülər üçün yeni xəbər: bu cərimə ləğv edilir

Cəmiyyət | 11:24 • 22 Yanvar 2021
Sürücülər üçün yeni xəbər:

Dayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişir.


Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.


Dəyişikliyə əsasən, şəxs dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.


Qeyd edək ki, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir.


Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.


Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti