Xəzər Xəbər

Səkkiz hərbçini öldürmüş əsgər 24 il 6 aylıq azadlıqdan məhrum edilib

Dünya | 13:23 • 21 Yanvar 2021
Səkkiz hərbçini öldürmüş əsgər 24 il 6 aylıq azadlıqdan məhrum edilib

Rusiyada 8 hərbçini qətlə yetirmiş əsgər Ramil Şamsuddinov 24 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Məhkəmə R.Şamsuddinovu qətldə və qətl törətməyə cəhddə təqsirli bilsə də, bəzi yüngülləşdirici halları nəzərə alaraq onu ömürlük həbs cəzasına məhkum etməyib.


R.Şamsuddinov 2019-cu il oktyabrın 25-də xidmət etdiyi hərbi hissədə odlu silahdan atəş açaraq, 8 hərbçini qətlə yetirib, daha 2 nəfəri yaralayıb. O, cinayət törətməsini hərbi hissədə özünə qarşı zorakılıq olunması ilə izah edib.

Xəbər lenti