Xəzər Xəbər

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn edilib

Region | 11:34 • 13 İyul 2020
 Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn edilib

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçisi, çavuş Sadıqov Vüqar Lətif oğlu dəfn olunub.


Xezerxeber.az-ın məlumatına görə, V.Sadıqov doğulduğu Ağstafa rayonu, Yuxarı Göycəli kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Xəbər lenti