Xəzər Xəbər

İlaxır çərşənbə: 1 nəfər öldü, 1500-dən çox insan yaralandı

Hadisə | 14:08 • 20 Mart 2019
İlaxır çərşənbə:

Martın 19-da Tehranda və İranın digər şəhərlərində keçirilən "İlaxır çərşənbə” şənliklərində baş verən xoşagəlməz hadisələrdə ən azı 1 nəfər ölüb, 1500-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ölkədə təhlükəsiz standartlarına uyğun olmayan alovlandırıcı maddələrin satışına qadağa qoyulmaması, yeniyetmələrin və uşaqların şənlənmək üçün əldəqayrma və qeyri-standart kimyəvi maddələrdən istifadəsi hər il olduğu kimi bu il də ölümə və xəsarət almaya səbəb olub.

İran Səhiyyə Nazirliyinin rəsmisi Peyman Saberian jurnalistlərə açıqlamasında bildirib ki, Zəncan şəhərində qeyri-standart alovlandırıcı maddələrdən istifadə edən bir nəfər həyatını itirib, axşam saatlarına qədər əlindən və əsasən gözlərindən xəsarət alan 433 nəfər tibb mərkəzlərinə müraciət edib.

Zəncanda, Tehranda və digər şəhərlərdə keçirilən şənlik mərasimlərində həmin maddələrdən istifadə edən onlarla insan hansısa bədən üzvünü, o cümlədən də göz, qol və ya barmaqlarını itirib./teleqraf

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti