Xəzər Xəbər

"Havanın temperaturu yüksələcək" Umayra Tağıyeva

Gündəm | 14:21 • 18 Yanvar 2019
"Havanın temperaturu yüksələcək"
Növbəti 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti yağmursuz olacaq və temperatur yüksələcək.


XəzərXəbər xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O, bildirib ki, Bakı və Abşeron yarımadasında havanın temperaturu bu gün 4-5 dərəcə yüksələcək, sonrakı günlərdə isə iqlim normasına yaxınlaşacaq.

"Küləyin hazırkı sürəti 16 mm-dən artıq deyil , Xəzər dənizi akvatoriyasında isə küləyin sürəti 3-5 m arasında tərəddüd edir. Ölkə ərazisində müşahidə edilən güclü külək artıq səngiyir".

Xəbər lenti