Xəzər Xəbər

"Atletiko" Suarez üçün yeni hücum partneri axtarır

İdman | 17:04 • 26 Sentyabr 2020
"Atletiko" Suarez üçün yeni hücum partneri axtarır

"Atletiko Madrid" Dieqo Kostanın  Luis Suarez üçün uyğun partner olmadığını düşünür.


Sportbible xəbər verir ki, Madrid klubu yeni hücumçu axtarışındadır. "Atletiko"nun hədəfindəki adlardan biri PSJ-nin sabiq hücumçusu Edinson Kavanidir. Belə ki, Simeonenin tərəfi Kavanini əvvəllər də heyətinə qatmaq istəmiş, lakin razılıq əldə etmək mümkün olmamışdı.


Qeyd edək ki, "Atletiko" Suarezi heyətinə qatmamışdan öncə, bu yay oyunçusu Alvaro Morata barədə "Yuventus"la razılığa gəlmişdi./Offsideplus.az

Xəbər lenti