Xəzər Xəbər

Sevda üçüncü dəfə ərə gedir?

Şou Biznes | 17:59 • 16 Sentyabr 2019
Sevda üçüncü dəfə ərə gedir?

Müğənni Sevda Sanəliyeva son günlər romantik paylaşımları ilə diqqət çəkib.

XəzərXəbər Axşam.az-a istinadla xəbər verir ki, sənətçinin hər fotosuna yazdığı sevgi dolu sözləri onun yeni eşqə başlaması iddiasını ortaya atıb. Sevda izləyicilərinin bununla bağlı suallarını isə hər zaman ya cavabsız qoyub, ya da emojilərlə onlara reaksiya verib.

Bu günlərdə isə Sevdanın üçüncü dəfə ailə qurmağa hazırlaşdığı deyilib. Hətta bir müddət əvvəl Sanəliyeva barmağında üzüklə şəkil yayımlamışdı.

Müğənni saytımıza açıqlamasında bunla bağlı sualları cavablandırıb. O, məsələni nə inkar, nə də təsdiq edib:

"Bu barədə danışmaq düzgün olmaz. Çünki sizə haqsızlıq etmək, qarşınızda yalançı çıxmaq istəmirəm. Hər şeyi açıqlamaq üçün vaxt lazımdır. Zamanı gələndə, sizi sevindirəcəm".

Qeyd edək ki, Sevda 2014-cü ildə ailə qurub. O, bir neçə ay sonra ərindən boşanıb və ikinci dəfə Cəmil adlı şəxslə nikah masasına oturub. Sənətçi bu ilin yayında rəsmi boşandığını açıqlayıb. Sevdanın iki övladı var.


Xəbər lenti

Çox oxunanlar