Xəzər Xəbər

Ever Baneqa: "Fikrimizi "Qarabağ"a cəmləmişik"

İdman | 17:38 • 16 Sentyabr 2019
Ever Baneqa: "Fikrimizi "Qarabağ"a cəmləmişik"

İspaniyanın "Sevilya" klubunun yarımmüdafiəçisi Ever Baneqa La Liqanın IV turunda səfərdə "Alaves"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, argentinalı futbolçu qələbəni şərh edib və Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri oyundandanışıb:

"Oynamaq istədiyimiz futbol var və bunu hər zaman inkişaf etdiririk. Çətin qələbə qazandıq, komandamız çox sağlam idi. Matça yaxşı nəzarət elədik. Komandamızdan çox məmnunam. Xoan Xordanıcərimə zərbəsindən vurduğu inanılmaz qola görə təbrik edirik. Ona güvəndik, özünə də inanırdı. Ayaqlarımızı yerə möhkəm basmalıyıq. Bütün diqqətimizi Avropa Liqasında "Qarabağ"a qarşı keçirəcəyimiz oyuna cəmləmişik. Mümkün olduğu qədər tez bərpa olmalıyıq. Bakıdakı çətin oyunu fikirləşirik".

"Qarabağ" - "Sevilya" matçı sentyabrın 19-u Tofiq Bəhramov adına Respbulika Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 20:55-də səslənəcək.

Xəbər lenti