Xəzər Xəbər

İrandan qadınlarla bağlı şok qərar: Oktyabrın 18-də...

Dünya | 16:07 • 16 Sentyabr 2019
İrandan qadınlarla bağlı şok qərar:

İran futbol federasiyasının müşaviri Qulamhüseyn Zamanabadi qadınların İran və Kamboca futbol komandaları arasında baş tutacaq oyunu stadiondan izləyə biləcəyini açıqlayıb.

Federasiya rəsmisi bu oyuna arenadan tamaşa etmək üçün qadınların internet vasitəsilə bilet sifariş verə biləcəyini deyib.

Lakin o, stadionda qadınlar üçün nə qədər yerin ayrıldığını açıqlamayıb. Zamanabadinin sözlərinə görə, bu məsələ bilet satışı bitəndən sonra müəyyənləşəcək.

Futbol federasiyasının rəsmisi qadınların ölkə çempionatının oyunlarına tamaşa etmək üçün stadionlara girişinə icazə verilib-verilməməsi məsələsinin hələlik müzakirə edilmədiyini deyib.

Xatırladaq ki, sözügedən görüş cari ilin oktyabrın 8-də Tehranın "Azadi” stadionunda keçiriləcək.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası İrana qadınları stadionlara girişi məsələsini həll etmək üçün vaxt vermişdi. Bu zaman bitdikdən sonra İranın futbol rəsmiləri dövlətin qeyd edilən xüsusda heç bir iradı olmadığını və qadınların stadionlara daxil olmasının qanunla da qadağan edilmədiyini bildirmişdilər./teleqraf

Xəbər lenti