Xəzər Xəbər

Azərbaycanda nə qədər işsiz var?

Cəmiyyət | 22:09 • 17 Noyabr 2018
Azərbaycanda nə qədər işsiz var?

Azərbaycanda məşğul və işsiz əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci il noyabrın 1-nə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı5139,6min nəfər olub, onlardan4887,2min nəfərini məşğul əhali təşkil edib.

Cari il oktyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı1552,7min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda883,2min nəfər, qeyri-dövlət sektorunda isə669,5min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda33,8min nəfər, qeyri-neft sektorunda isə1518,9min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin23,9faizi məhsul istehsalı sahələrində, o cümlədən7,2faizi tikintidə,7,0faizi emal sənayesində,3,3faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində,2,5faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı,2,2faizi mədənçıxarma sənayesində,1,7faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin21,3faizi təhsil,18,7faizi ticarət, nəqliyyat vasitələrinin təmiri,8,5faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,7,0faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat,4,6faizi nəqliyyat və anbar təsərrüfatı,3,5faizi istirahət, əyləncə və incəsənət,3,4faizi peşə, elmi və texniki fəaliyyət,1,9faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi,1,6faizi informasiya və rabitə,1,6faizi maliyyə və sığorta fəaliyyəti,1,5faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,1,5faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və1,0faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti