Mətni səsə və səsi mətnə çevirən proqram hazırlanıb - VİDEO

14.02.2020 19:57

Mətni səsə və səsi mətnə çevirən proqram təminatları hazırlanıb. Ən maraqlısı isə budur ki, proqramın səsləndirdiyi mətn adi insan intonasiyasından fərqlənmir.

Xezerxeber.az-ın məlumatına görə, proqram istənilən mətni anında səsləndirir. Səsi isə əsl insan səsindən fərqlənmir.

Bu funksiyanı icra edən proqram ilk dəfə Azərbaycanda fəaliyyət göstərən informasiya və kommunikasiya texnologiyaları şirkətlərindən biri tərəfindən hazırlanıb. Şirkətin proqramçıları ilk dəfə səsləndirmənin daha real olması üçün süni intellektdən istifadə ediblər.

Şirkətin icraçı direktoru Samir Abbasov bildirib ki, proqram təminatı bir çox məqsədlər üçün istifadə edilə bilər. Proqram ənənəvi fəaliyyət zamanı uzun müddət tələb edən işləri bir neçə saniyədə həll etməyə imkan verir.

Samir Abbasov qeyd edib ki, mətni səsə çevirən proqramla yanaşı səsləri mətnə çevirən proqram da hazırlayıblar. Bu proqram istənilən videodakı danışıqların bir neçə saniyədə Azərbaycan, rus, ingilis və türk dillərində transkripsiyasını çıxarır.

Onun sözlərinə görə, artıq bir sıra xarici ölkələrdən hazırladıqları proqramlarla bağlı əməkdaşlıq üçün təkliflər gəlib.

Qeyd edək ki, son zamanlar Azərbaycanda informasiya və kommunikasiya şirkətlərinin, eləcə də onların istehsal etdikləri məhsulların sayı artır. Bu İKT sahəsinə marağın artması ilə bağlıdır və Azərbaycanın intellektual məhsulları dünya bazarında artıq özünə yer tapmağa başlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1073 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR