Xəzər Xəbər

Ölümə aparan əsas səbəblər - VİDEO

Veb TV | 10:38 • 24 Yanvar 2014
Ölümə aparan əsas səbəblər - VİDEO

Oturaq həyat tərzi, düzgün qidalanmamaq, stress. Bunlar  ölümə aparır

Səhiyyə Nazirliyi ölüm  səbəbləri ilə bağlı statistikanı açıqlayıb. Məlum olub ki, ötən il ölən insanların 63,2 faizi qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişib

Həkimlər bildirir ki, son illər bu xəstəliklərin genişlənməsi ilə yanaşı yaşı da azalır. Yəni artıq daha gənc insanlarda da qan dövranı sistemi xəstəliklərinə rast gəilinir. Bunun əsas səbəblərindən biri oturaq həyat  tərzidir

Digər səbəb isə düzgün qidalanmamaqdır. Həkimlər məsləhətinə görə, az-az və tez-tez qidalanmaq lazımdır

Profilaktik tədbirlərə gəldikdə isə, ailəsində qan dövranı sistemi xəstəlikləri olan şəxslərin bu xəstəliklərə yoluxma riski böyükdür. Ona görə də həmin şəxslər ən azı ildə bir dəfə tibbi müayinədən keçməlidirlər.

 

Xəbər lenti