Xəzər Xəbər

Yasamalda yeni binanın tikintisi təhvil verilmir – Sakinlərdən ŞİKAYƏT VİDEO

Veb TV | 21:20 • 6 İyul 2025
Yasamalda yeni binanın tikintisi təhvil verilmir – Sakinlərdən ŞİKAYƏT

2 il əvvəl təhvil verilməli olsa da, binada işlər hələ də yekunlaşmayıb.

Xezerxeber.az xəbər verir ki söhbət Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 172 ünvanında inşa edilən binadan gedir.

Sakinlər iddia edirlər ki, binada işlərin tam yekunlaşması 2023-cü il üçün planlaşdırılsa da, gözlənildiyi kimi olmayıb. Hazırda binada işıq, su və qaz xətləri mövcud deyil.

Sakinlərin sözlərinə görə, bina "Olympus Park"-ın sifarişi ilə "Kristal F" MTK tərəfindən inşa edilir. Hazırkı vəziyyətlə bağlı isə müxtəlif qurumlara şikayət ediblər. Lakin nəticəsiz qalıb.

Sakinlərin problemi ilə əlaqədar "Olympus Park"ın nümayəndəsi ilə əlaqə saxladıq. Bildirildi ki, bina işıq və su ilə təmin olunub. Hətta mənzilini təmir etdirib yaşayanlar da var. Lakin, qaz sayğacları hələ quraşdırılmayıb. Ümumi olaraq işin gedişatına birbaşa təsir edən amil isə, iki bina arasında yolun çəkilməsidir. Bununla bağlı da yol idarəsi üzərinə düşən işi yekunlaşdırmır. Buna baxmayaraq binanın sentyabr ayında tam təhvil verilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti