Xəzər Xəbər

Sabirabad sakini Kür çayında boğulub VİDEO

Veb TV | 19:34 • 5 İyul 2025
Sabirabad sakini Kür çayında boğulub

Dostları ilə çimməyə gedən 19 yaşlı gənc çayda boğulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün Sabirabad rayonun Ulacalı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Eldəniz Məmiyev dostları ilə çimmək üçün Kür çayına gediblər.

Yaxınları deyirlər ki, Eldəniz üzməyi bacarmırmış. Elə bu səbədən də, çayda çimərkən boğulub.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Bildirilib ki, Nazirliyin qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində meyit bu gün səhər saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar