Xəzər Xəbər

Dənizdə batma təhlükəsi iə üzləşən qız xilas edilib VİDEO

Veb TV | 11:41 • 5 İyul 2025
Dənizdə batma təhlükəsi iə üzləşən qız xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2000-ci il təvəllüdlü Ağazadə Şəbnəm Əhməd qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti