Xəzər Xəbər

Bu dəfə avtobus sürücüləri sərnişinlərdən şikayət etdilər... VİDEO

Veb TV | 21:35 • 22 İyun 2025
Bu dəfə avtobus sürücüləri sərnişinlərdən şikayət etdilər...

Biri sürücüyə qışqırır, digəri isə qapını  döyür... Bəzən isə hücum edib, xəsarət yetirirlər...

Onlar 8 saat işlədikləri avtobusda  bəzən sərxoş, bəzən kobud, bəzən səbirsiz sərnişinləri mənzil başına çatdırırlar. Ən çox narazılqıları isə, icazəsiz yerdə saxlaya bilmədiklərində ünvanlarına nalayiq ifadələr işlədən sərnişinlərdəndir.

Xezerxeber.az-ın xəbərinə görə, 42 ildir sərnişindaşıma ilə məşğul olan bu  sürücü deyir ki, avtobusda işləyərkən gərək təmkinli olasan.

8 aydır sürücü işləyən Eşqin İsmayılov isə kobud danışan sərnişinlərdən şikayətlənir.

O, deyir ki, sərnişinlər həm avtobusa minə bilməyəndə şikayətlənir, həm də özləri digər sərnişinlərə şərait yaratmırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti