Xəzər Xəbər

İranın nüvə obyektlərinə zərbədən sonra Azərbaycanda radiasiya yaranıb? VİDEO

Veb TV | 21:00 • 22 İyun 2025
İranın nüvə obyektlərinə zərbədən sonra Azərbaycanda radiasiya yaranıb?

ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsindən sonra Azərbaycanda radiasiya fonunda artım olmayıb.

Xezerxeber.az xəbər verir ki, bunu Radiasiya Problemləri İnstitutunun baş direktoru, İslam Mustafayev deyib. Onun sözlərinə görə radiasiya baxımından Azərbaycan üçün heç bir təhlükə yoxdur.

Direktor bildirib ki, belə məsafələrdə nüvə obyektlərinin partlaması, hətta reaktor belə olsa, təsir göstərə bilməz.

Həmin hadisə baş verən gün bizim ekspedisiya Zəngilan, İmişli, Biləsuvara qədər tədqiqatlar aparıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti