Normadan artıq bakterioloji çirklənmə olan çimərliklərdə suya girmək ciddi infeksiyalara səbəb ola bilər.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə həkimlər həyacan təbli çalırlar. Həkim infeksionist Aytən Ziyadova deyir ki, bir neçə gün əvvəl Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bakterioloji çirklənmənin normadan artıq olduğu çimərlikləri açıqlayıb.
Bu ərazilərdə çimmək yolxucu xəstəliklərin yayılmasına birbaşa səbəb olur.
Mütəxəssis vətəndaşlara təmizliyi yoxlanılmış çimərliklərdən istifadəni tövsiyə edir. İnfeksionist deyir ki, adatən yay mövsümündə dəniz və yaxud da hovuzdan istifadə edən azyaşlıların infeksiyalara yoluxma ehtimalı çoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.