Xəzər Xəbər

MM-də Naxçıvan Muxtar Respublikası ilə bağlı önəmli qərarlar VİDEO

Veb TV | 21:00 • 21 İyun 2025
MM-də Naxçıvan Muxtar Respublikası ilə bağlı önəmli qərarlar

Naxçıvanda icra başçılarını Ali Məclis sədrinin təqdimatı ilə Azərbaycan Prezidenti təyin edəcək.

Bu məsələ  Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən Ali Məclis sədri seçiləcək şəxsin 5 il Naxçıvanda yaşaması tələbi aradan qaldırılır və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq.

Müzakirələrdən sonra Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər birinci oxunuşda qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar