Xəzər Xəbər

Daha bir yük maşını yüksək məbləğdə CƏRİMƏLƏNDİ VİDEO

Veb TV | 21:45 • 20 İyun 2025
Daha bir yük maşını yüksək məbləğdə CƏRİMƏLƏNDİ

Çəkisi normaya uyğun olsa da vətəndaşa 1200 manat cərimə gəlib.

Xezerxeber.az-ın xəbərinə görə, sürücü Yusif Hüseynov deyir ki, Qızıl Daş postunda maşının yükü normalara uyğun olsa da Qaradağ postunda yükün çəkisi 2 tondan artıq gəlib. Daha sonra sürücü başqa bir tərəzidə yenidən yükün çəkisini yoxladıb. Həmin tərəzidə də yükün  standartlara uyğun olduğunu görüb.

Sürücü bildirir ki onunla bərabər bir neçə sürücünün də avtomobilinin çəkisi ağır gəlib. 18 ildir bu işi görən şəxs deyir ki, ilk dəfədir belə hal ilə üzləşir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar