Onlayn kredit götürmək istəyən şəxsin başına iş gəlib.
Xezerxeber.az xəbər verir ki, hadisə paytaxt sakini Həsən Məmmədovun başına gəlib. O, iddia edir ki, ötən il sosial şəbəkələrin birindən tapdığı səhifəyə kredit üçün müraciət edib, bunun üçün onlara şəxsiyyət vəsiqəsinin şəklini də göndərib.
Lakin, daha sonra Həsən Məmmədov onların dələduz olduğunu anlayaraq vəsiqəsinin şəklini mesajlardan silib, lakin o gözləmədiyi hadisə ilə qarşılaşıb
Həsən Məmmədov onu da bildirir ki, ona məxsus şəxsiyyət vəsiqəsi ilə səhifə sahibi tərəfindən digər şəxslərə qarşı dələduzluq edilib.
İddialarda qeyd edilən, Həsən Məmmədovun danışdığı nömrə ilə biz də əlaqə saxlamağa çalışdıq. Lakin, həmin nömrənin artıq təyin olunmadığı bildirildi.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov "Xəzər Xəbər"ə bildirib ki, vətəndaş Həsən Məmmədovun müraciəti üzrə araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.