Xəzər Xəbər

Dubaydan Azərbaycana gətirilən avtomobillərə İran ərazisində ziyan dəyərsə, zərəri kim ödəyəcək? VİDEO

Veb TV | 21:05 • 20 İyun 2025
Dubaydan Azərbaycana gətirilən avtomobillərə İran ərazisində ziyan dəyərsə, zərəri kim ödəyəcək?

İsrail-İran münaqişəsinə görə xaricdən sifariş edilən avtomobillər gecikir.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov verib.

Ekspert deyir ki, Birləşmiş Ərəb Əmirliklərindən, xüsusilə də Dubaydan Azərbaycana gətirilən avtomobillər əsasən İran ərazisindən keçməklə ölkəyə daşınır.

Qonşu ölkədə baş verən hadisənin fonunda həmin nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsində ləngimə var.

Bir müddət əvvəl avtomobil sifariş etmiş şəxslər gecikmədən və hətta daşınma zamanı avtomobilə zərər dəyə biləcəyindən narahatdırlar.

Bəs konfiliktli ərazidə avtomobilə zərər dəyərsə, dəymiş ziyanı kim ödəyəcək?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar