Xəzər Xəbər

Qırmızı işıqdan keçdi, dəhşətli qəza törətdi VİDEO

Veb TV | 22:30 • 19 İyun 2025
Qırmızı işıqdan keçdi, dəhşətli qəza törətdi

Qırmızı işıqdan keçən maşın əvvəlcə başqa bir maşını, daha sonra isə piyadanı vurdu. 

Xezerxeber.az xəbər verir ki, hadisə dünən paytaxtın  Mirəsəddullah Mirqasımov küçəsi ilə azadlıq prospektinin kəsişməsində baş verib.

Qəza anı təhlükəsizlik kameralarına düşüb. Maşın, yaşıl işıqdan keçən avtomobillə toqquşduqdan sonra piyada zolağında keçən şəxsi vurub. Hadisə yerinə təcili tibbi yardım gəlib və ağır xəsarət alan 20 yaşlı qadın kliniki tibbi mərkəzə aparılıb.

TƏBİB-dən verilən məlumata görə, yaralıya körpücük sümüyünün sınığı, baş-beynin silkələnməsi, döş qəfəsinin zədələnməsi diaqnozları təyin edilib. Müvafiq müalicələr görüldükdən sonra onun vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Qəza anı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yayılıb.

Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti