Xəzər Xəbər

Elan saytından maşın almaq istədi, 450 manat ziyana düşdü - TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:35 • 19 İyun 2025
Elan saytından maşın almaq istədi, 450 manat ziyana düşdü - TƏFƏRRÜATLAR

Elan saytında gördüyü avtomobili ucuz qiymətə almaq istədi, ancaq 450 manatından da oldu.

Xezerxeber.az xəbər verir ki, hadisə Asəf Adıgözəlovun başına gəlib.

Asəf Adıgözəlovun sözlərinə görə, maşını satan şəxs Ucarda qaldığını deyib və ondan yanacaqpulu istəyib.

Sonra isə həmin şəxs mobil telefonu söndürüb. Asəf Adıgözəlov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Biz də həmin nömrələrlə əlaqə saxlamağa çalışdıq, amma zəng çatmadı.

Daxil İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, müraciətlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti