Daha tez pensiyaya çıxan vətəndaşların pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək.
Prezident İlham Əliyev Əmək pensiyaları haqqında" Qanununa dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.
Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Vüqar Bayramov bildirir ki, çoxuşaqlı ailələrdə güzəştli şərtlərlə qadınlar, bəzi hallarda isə atalar beş il tez pensiyaya çıxırlar. Həmin vətəndaşların güzəştli şərtlərlə pensiya aldıqları müddətdə ödənişləri bundan sonra dövlət büdcəsindən ödəniləcək.
Bununla yanaşı liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin pensiyası ödənişləri dövlət büdcəsi hesabına həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.