Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib. Təsdiq olunan dəyişikliklərə əsasən, daha tez pensiya çıxan vətəndaşlarımızın pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək”.
Bunu 'Xəzər Xəbər''ə deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, çoxuşaqlı ailələrdə güzəştli şərtlərlə qadınlar, bəzi hallarda isə atalar 5 il tez pensiyaya çıxırlar:
“Bu hallarda analar 59, atalar isə 60 yaşda pensiyaya çıxa bilirlər. Həmin vətəndaşlarımızın güzəştli şərtlərlə pensiya aldıqları müddətdə ödənişləri dövlət büdcəsindən ödəniləcək.
Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.