Xəzər Xəbər

Təmir sexində avtomobili ilə divar arasında qalaraq ÖLDÜ VİDEO

Veb TV | 21:40 • 17 İyun 2025
Təmir sexində avtomobili ilə divar arasında qalaraq ÖLDÜ

Kişi təmir sexində öz maşını ilə divar arasında qalaraq ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə Şabranın Sincanboyad kəndində baş verib. Avtomobili nasaz olan sürücü yaxınlıqdakı təmir sexinə gedib. Faciə də elə bu vaxt baş verib.

Mərhumun yaxınları bildirir ki, Ədalət Nəcəfov digər yük avtomobilinin sürücüsünə, avtomobili təmir sexinə yerləşdirmək üçün köməklik göstərib. Lakin bir anda yük avtobili idarəetmədən çıxıb və faciə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar