Xəzər Xəbər

Tikinti materialları bazarında durğunluq yaşanır VİDEO

Veb TV | 21:26 • 9 İyun 2025
Tikinti materialları bazarında durğunluq yaşanır

İnşaat materialları bazarında durğunluq yaşanır.  

Xezerxeber.az-ın məlumatına görə, bazarda tikintidə istifadə edilən müxtəlif çeşiddə material mövcuddur, lakin alıcı qıtlığı var.

Onlayn mediada xüsusən yerli məhsulların bahalaşdığı qeyd olunsa da, satıcılar əksini deyirlər.

Satıcıların sözlərinə görə, ötən illərlə müqayisədə bu mövsüm alıcılıq qabiliyyəti olduqca aşağıdır.

İnşaat və əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, tikinti materialları bazarında durğunluğun bir neçə səbəbi var. Səbəblərdən biri daşınmaz əmlakın bahalaşması fonunda evlərin tikintisinin azalmasıdır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti