Xəzər Xəbər

Azərbaycanda daha bir aeroport fəaliyyətə başlasın - TƏKLİF VİDEO

Veb TV | 22:00 • 23 May 2025
Azərbaycanda daha bir aeroport fəaliyyətə başlasın - TƏKLİF

Milli Məclisdə Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub.

Xezerxeber.az xəbər verirr ki, Milli məclis Beynəlxalq mülki aviasiya təşkilatı ilə Azərbaycan arasında anlaşma memorondumunu təsdiq edib. Habelə Prezident Administrasiyasının şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək.

Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edir. Plenar iclasda çıxış edən Millət vəkili Vüqar Bayramov bildirib ki, son illər həm türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb.

Millət vəkili Elnarə Akimova isə son günlər azyaşlılarla bağlı qan donduran hadisələri, eyni zamanda məktəblərdə baş verənləri diqqətə çatdıraraq təhsi müəsisələrində peşəkar psixoloqlara ehtiyac duyulduğunu vurğulayıb.

Həmçinin "Azərbaycan ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi qəbul olunub.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar