3-cü uşağını qeysəriyyə üsuli ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib.
Xezerxeber.az xəbər verir ki, ailəsinin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada Uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə palataya yerləşdirilib.
Mərhumun anası qızının ölümünün həkim səhlənkarlığından baş verdiyini iddia edir. Onun dediyinə görə, 33 yaşlı qadında əməliyyatdan sonra qanxma baş verib, həkimlərsə bundan gec xəbər tutublar.
Anasının bildirdiyinə görə, mayın 6-da xəstəxanaya yerləşdirilən, qeysəriyyə üsuli ilə uşaq dünyaya gətirən qadın 13 gün komada qaldıqdan sonra, ayın 19-u vəfat edib. Ailə bildirdi ki, ölüm hadisəsi olduğuna görə, prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, ekspertizadan rəy gözləyirlər.
Məsələ ilə əlaqədar TƏBİB-dən "Xəzər Xəbər"ə bildirildi ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.