Xəzər Xəbər

İmtahana bu cür "ağıllı eynək"lə girməyin VİDEO

Veb TV | 16:35 • 23 May 2025
İmtahana bu cür "ağıllı eynək"lə girməyin

“Hər il biz bunu təkrar edirik, amma təssüflər olsun ki, hər il biz belə hallarla qarşılaşırıq. Abituriyentlər imtahanlara gələndə çalışırlar ki, hansısa bir biclik işlətsinlər”.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əks halda qaydaları pozanların nəticələri ləğv olunacaq: “Bəzi abituriyentlər ağıllı eynəklərdən istifadə etmək istəyir. Amma onlara demək istəyirik ki, belə ağıllı eynəklə imtahana gəlməsinlər, çünki onlar imtahana buraxılmayacaqlar. Biz istəyirik ki, imtahanlar ədalətli keçsin. Bunun üçün hər kəs özünü qaydalara uyğun aparmalıdır. Əks halda həmin abituriyentlərin nəticələri ləğv olunacaq”.

Xezerxeber.az mövzu ilə bağlı videonu təqdim edir. Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti