Sumqayıt, Hövsan və Türkan ərazilərində dənizə kanalizasiya suları axıdılır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
O bildirib ki, mərkəz çimərlik mövsümünə hazırlıq məqsədilə dəniz suyunun labarator analiz üsulu ilə yoxlanılmasına başlayıb. Artıq bəzi ərazilərdən həm nümunələr götürülüb, həm də oradakı sanitar gigiyenik vəziyyət qiymətləndirilib.
Ziyəddin Kazımovun sözlərinə görə, elə ərazilər var ki, kanalizasiya suları birbaşa dənizə axıdılır. Bu isə dəniz suyunda baktereoloji çirklənmənin normadan çox olmasına səbəb olur.
Ziyəddin Kazımov əlavə edib ki, bununla bağlı qurum tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Baş Polis İdarəsinə və digər əlaqədar qurumlara müraciət də edilib. O da bildirildi ki, çimərlik mövsümü ilə bağlı sudan götürülən nümunələrin nəticəsi mövsümdən bir neçə gün əvvəl açıqlanacaq.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.