Qaz pedalı ilə əyləcin yerinə səhv salan sürücü ağır qəza törədib. Nəticədə avtomobil gəldiyi sürətlə marketə girib.
Xezerxeber.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Abşeron rayonu, Saray qəsəbəsində baş verib. İdarəetmədən çıxan maşın "Saray" MTK binasının birinci mərtəbəsində yerləşən marketə daxil olub.
Şahidlərin sözlərinə görə, "KİA" markalı həmin avtomobili idarə edən gənc qadın olub.
Abşeron rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.